“AAAF”da OLAY: Yeni işə düzəlmişdi, “tok” vurub öldürdü
- 6-07-2018, 10:15
- 1 263
Şirkətdə yenicə işə başlamış Fazil Fərzəliyev elektrik vurması nəticəsində həyatını itirib.
F. Fərzəliyev iş görərkən luka düşüb və orada cərəyan vurub.
Məsələylə bağlı şirkətlə əlaqə saxlanılıb. "AAAF”ın mətbuat katibi Kənan Məstəliyev olayın bu dəqiqələrdə baş verdiyini bildirib:
"Hadisənin nə səbəbdən baş verdiyi haqqında hələ ki, araşdırma aparılır. Yaşlı adam idi, ürəyinin zəif olduğu deyilir. Müvafiq orqanlar rəy verdikdən sonra dəqiq məlumat söyləyə bilərik”.