XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Bakıda “Bravo”nun rəhbər şəxsini döydülər

Bakıda “Bravo”nun rəhbər şəxsini döydülər

Bakıda “Bravo”nun rəhbər şəxsini döydülər
22-06-2018, 12:55

Bakıda "Bravo" marketlər şəbəkəsinin vəzifəli şəxsi döyülüb. "Qafqazinfo"ya daxil olan məlumata görə, hadisə "Bülbül Ekspres" filialında olub.

İnsan resursları şöbəsinin müdir müavini Pənah Ruşanov firma əməkdaşı tərəfindən döyülüb.

Belə ki, P. Ruşanovun istehsal tarixi olmayan malı qəbul etməməsi firma əməkdaşının etirazına səbəb olub. Daha sonra tərəflər arasında mübahisə yaranıb.

Firma işçisi isə market rəsmisini döyüb. Aldığı zərbələrdən ağır xəsarət alan P. Ruşanov xəstəxanaya aparılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.