İmişli karxanasında bədbəxt hadisə
- 14-06-2018, 10:19
- 2 459
İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.
İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.