Sumqayıt yolunda ağır qəza - Bir ailənin 3 üzvü öldü
- 12-06-2018, 09:28
- 1 725
Hadisə şahidləri bildirib ki, Sumqayıtdan Qaradağa gedən yolda “KamAZ” markalı yük maşını “VAZ 2106” ilə toqquşub, yük maşını minik maşınının üstündən keçib.
Qəza nəticəsində “06”da olan bir ailənin 3 üzvü ölüb.
Meyitlər Sumqayıt morquna aparılıb, həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.