Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı

Hadisə

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

Rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.

***

Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.

FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.

Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.