4-cü mərtəbədən yıxılan fəhlənin boynu sındı
- 24-05-2018, 12:37
- 1 485
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
İmran Kərimov küçəsində bina tikintisi zamanı 41 yaşlı Əhmədov Yusif Habil oğlu 4-cü mərtəbədən yerə - beton örtüyünün üzərinə yıxılıb. O, boyun sümüyünün sınığı və bədənindəki digər sınıq xəsarətləri diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Y. Əhmədovun vəziyyəti ağır olaraq qalır. Fakt araşdırılır.