“BakuBus” sürücüsü Bakı sakinini xəstəxanalıq etdi
- 23-05-2018, 09:24
- 1 657
“Su Sonası” şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu “BakuBus” MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.
Yaralı “təcili yardım” maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.