Samir Şərifovun tikinti şirkətində qalmaqal: əhali etiraza qalxdı bir fəhlə öldü
- 12-05-2018, 13:51
- 1 450
Bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, tikinti aparan şirkətin dövlət məmurlarından birinə məxsus olduğu deyilir. Məlumat verən mənbənin bildirdiyinə görə, söküntüyə etiraz edənlər olduğundan söküntü əvvəlcə dayandırılıb. Sonra qəti şəkildə ərazinin sökülməsi qərara alınıb və fəhlə də həmin zaman traktorun altında qalaraq ölüb. Onu da bildirək ki, “Mənzərə” MMC barədə internet mənbələrində hər hansı məlumata rast gəlinmir. Belə görünür ki, bu, məhz göstərilən ərazidə tikinti aparmaq üçün yaradılan MMC-dir. Bu arada cumhuriyyet.az-a daxil olan iddialarda həmin şirkətin maliyyə naziri Samir Şərifova məxsus olduğu bildirilir. İddia olunur ki, o, nazirin şəxsi şirkətidir. Sənədlərdə şirkətin direktoru başqa şəxs göstərilsə də, bütün fəaliyyəti nazirə məxsusdur. Hazırda şirkətin kimə məxsus olması ilə bağlı araşdırmamız davam edir.
cumhuriyyet.az