Masallıda dəhşətli yanğın - Ər-arvad öldü
- 8-05-2018, 09:45
- 1 218
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər veririk ki, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.