Bakıda ər qəza törətdi, arvadı öldü

Hadisə

Dünən Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-ə istinadən xəbər veririk ki, aprelin 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə K.Əliyevin sərnişini - arvadı Ağgül hadisə yerində ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.