Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- 24-04-2018, 18:34
- 1 378
Hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.