Türkiyədə azərbaycanlı qadın döyülərək öldürülüb
- 17-04-2018, 14:24
- 1 582
Qadının yaşadığı evdən səhər saatlarında dava səsləri gəlib, qonşular durumu dərhal polisə bildiriblər. Hadisə yerinə gələn polislər qadını ölmüş halda aşkarlayıblar.
Qadının ölüm səbəbi tibbi-ekspertizanın rəyindən sonra dəqiqləşəcək.
Qonşular isə İsoyevanın döyülərək öldürüldüyünü iddia edirlər. Onların sözlərinə görə, həmin mənzillərdə tez-tez qadınlar döyülür və adətən gecə klublarında işləyən qadınlar orada yaşayırlar.
Qeyd edək ki, İsoyevanın 7 yaşlı oğlu və bir yaşı tamam olmamış azyaşlı qızı var.