Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb
- 13-04-2018, 09:42
- 1 607
Gülçülük sovxozu küçəsində 1992-ci il təvəllüdlü Məmmədov Bəhruz İslam oğlu tanışı ilə mübahisə zəminində dava edib.
Nəticədə B.Məmmədovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.