Neft Daşlarında hadisə - Kabel körpüsündən yıxılaraq öldü

Hadisə

Bu gün saat 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

xalqxeber.az SOCAR-a istinadən xəbər verir ki, o, aldığı xəsarətdən keçinib.

Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.