Qazaxda avtobus qəzası - Ölən və yaralananlar var
- 4-04-2018, 09:34
- 2 138
Qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.