Bakıda sanatoriya yanır

Hadisə

Bakının Pirşağı kəndində yerləşən "Gilavar” sanatoriyasında yanğın başlayıb.

Bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat veriblər.

Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın binanın zirzəmisindən başlayıb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.