Avtovağzal Ticarət Mərkəzində OLAY - satıcı qız özünü 3-cü mərtəbədən yerə atdı
- 2-04-2018, 09:13
- 1 237
2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.
Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.