Bakı məktəblərindən birində dava olub, şagirdlərdən biri üzündən bıçaqlanıb
- 28-03-2018, 09:25
- 1 451
Hadisə ötən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbdə təhsil alan iki məktəbli arasında əlbəyaxa dava düşüb. Dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.
Yaralı "təcili tibbi yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.