Bakının məşhur otelində fahişə cinayət törətdi
- 12-03-2018, 17:48
- 1 574
Hadisə yerinə dərhal ərazi üzrə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Faktla bağlı Xətai RPİ-nin 37-ci polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb və zərərçəkənin izahatı alınıb. Baş vermiş hadisə ilə bağlı "Bulvar Hotel”-dən münasibət öyrəndik. Oteldən bildirdilər ki, "həqiqətən belə bir fakt qeydə alınıb. Qadının hansı şəraitdə oğurluq etməsi onlarada məlum deyil”.
Qeyd edək ki, "Bulvar Hotel” "Absheron Hotel Group”a daxil olan oteldir. Ağ Şəhərdə yerləşən yeni beş ulduzlu otel həm də "Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection”un rəsmi üzvüdür. Otelin tikintisi zamanı əsas meyar qonaqların rahatlığını maksimum yüksək səviyyədə təmin etməkdən ibarət olub. Ancaq göründüyü kimi beş ulduzlu oteldə heçdə qonaqların rahatlığı yüksək səviyyədə təmin olunmur.