Fermerə böyük ziyan - 20 ton ot yandı

Hadisə

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

Kəhrizli kəndində vətəndaşa məxsus fermanın ərazisinə yığılmış ümumi çəkisi 40 ton olan ot bağlamasının 20 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​