Bakı Vağzalında üzərində “Kalaşnikov” avtomatı olan şəxs saxlanıldı - FOTO
- 26-02-2018, 13:58
- 1 522
Bu barədə daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman "AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.