Bakıda DƏHŞƏT - Qarabağ əlili ölüncəyə qədər döyülüb
- 6-02-2018, 09:51
- 1 469
Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alan 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu tapılıb.
O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov dünyasını dəyişib.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi əməkdaşlarının ilkin məlumatına görə, o, döyülüb. Bununla belə, hadisənin dəqiq səbəbləri araşdırılır.
M.Əhmədov Qarabağ müharibəsi əlili olub.