27 yaşlı oğlan tövlədə özünü asdı
- 31-01-2018, 09:58
- 1 657
Hadisə rayonun Gəndob kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü Seyidov Gündüz Vaqif oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.