Bakıda ərəb turist otelə çağırdığı qadını döyüb

Hadisə

Bakıda Bəhreyndən olan turist Mohamed Haqmed Alqasser Nəsimi rayonunda yerləşən “Boutique” otelində dava salıb.

25 yaşlı ərəb otel otağında qonağı olan 1986-ci il təvəllüdlü G.D.-nı döyüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.