Bakıda silahlı şəxs tutuldu
- 25-01-2018, 14:02
- 1 510
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarınnın həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, 3 ədəd patron, 1 ədəd həmin silaha məxsus sandıqça və narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.