Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib
- 17-01-2018, 15:39
- 1 726
Hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.
Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb.
Güllə yarası alan M. Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.