Bakıda qadınlardan ibarət quldur dəstəsi zərərsizləşdirildi

Hadisə

Bakıda quldurluqla məşğul olan şəxslər tutulub

xalqxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri - Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar.

Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.