Bakıda daş karxanasında fəhlə ölüb

Hadisə

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, “Şahqaya” daş karxanasında fəhlə işləyən Cəlilabad sakini, 1960-cı il təvəllüdlü Naib Ağamalıyev 15 metr hündürlüyündəki gözətçi otağından yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.