Bakıda səfirin müşaviri qəza törətdi

Hadisə

Bakıda səfirlik əməkdaşı yol qəzasına düşüb. 1988-ci ildə Liviyada anadan olan və 2015-ci ildən Liviya Respublikasının səfirliyində müşavir vəzifəsində işləyən Elnamrod Anasın idarə etdiyi “Mercedes” markalı, 019 D 011 dövlət nömrə nişanlı avtomobil Əlizadə küçəsi 9 ünvanın qarşısında Firudin Rəhimovun idarə etdiyi “Lada Priora” ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki avtomobilə ziyan dəyib.

Hadisə ilə əlaqədar Səbail DYPŞ-də araşdırma aparılır.