DYP rəisi piyada zolağında gənc qızın üzərindən keçdi - GƏNCƏDƏ
- 14-12-2017, 17:32
- 4 108
Məlumata əsasən, polis rəisi R.Zalov qaydaları kobud şəkildə pozaraq, idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib.
Hadisə şahidlərinin verdiyi məlumata əsasən, qəzadan dərhal sonra Rəhim Zalov qızı qucağına alaraq avtomobilə qoyub və 3 saylı şəhər xəstəxanasına aparıb.
Mövzu ilə bağlı oxucularımıza əlavə məlumat verməyə çalışacağıq.
Hurriyyet.org