"Bazarstore"da bədbəxt hadisə: Adam öldü

Hadisə

"Bazarstore" marketində 34 yaşlı qadın keçinib.

Hadisə ötən gün Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən "Bazarstore” supermarketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Mağazanın işçisi, 1983-cü il təvəllüdlü Səidə Atababayeva ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb.