Qızı ilə birgə oğurluq edən ana tutuldu
- 12-12-2017, 13:38
- 1 387
xalqxeber.az DİN-nin saytına istinadən xəbər verir ki, sentyabrın 6-da Nəsimi rayonu ərazisindəki evlərin birindən 350 ABŞ dolları və 147 manat, habelə 580 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Nahidə Bayramova və qızı Zeynəb 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.