Azərbaycanda lombarda silahlı hücum: Xəsarət alan var

Hadisə

Salyanda quldurluq hadisəsi baş verib.

Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən E.Şahsuvarova məxsus lombarda naməlum şəxs basqın edib. Həmin şəxs soyuq silahla lombardın işçisinə xəsarət yetirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs, Salyan şəhər sakini, 1987-ci il təvəllüdlü Abbasov Tural Cəbrayıl oğlu tutulub.

Faktla bağlı cinayət işi açılıb.