Azərbaycanda naməlum şəxslər taksi sürücüsün başına oyun açdılar
- 8-12-2017, 11:34
- 1 358
Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə avtomobili Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar.
Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq nəqliyyat vasitəsini İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.