Qəbələdə 36 yaşlı qadın intihar edib
- 16-01-2017, 19:43
- 2 201
Bu barədə Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayonun Mirzəbəyli kənd sakini 1981-ci il təvəllüdlü Gülər Ağayeva özünü yaşadığı evdə asaraq intihar edib.
Faktla bağlı rayon prokuroroluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.