Avtobus qəzadan son anda xilas oldu
- 29-11-2017, 10:47
- 1 263
Üzü "Koroğlu" metro stansiyasına doğru hərəkətdə olan sərnişin avtobusunun qəfil təkəri partlayıb. İdarəetməni itirməyən sürücü avtobusu dərhal yolun kənarına çəkib.
Avtobusdan düşürülən sərnişinlər həmin istiqamətdə hərəkət edən digər marşrutlardan istifadə etmək məcburiyyətində qalıblar.