“BakuBus”ın avtobusu gənc qızı vurdu

Hadisə

“BakuBus”ın avtobusu gənc qızı vurub.

Yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonunda baş verib.

Belə ki, Hüseyn Cavid prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abbaslı Roza Pərviz qızını 3 nömrəli marşut xətti üzrə hərəkət edən “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt bağlı araşdırma aparılır.