Qubada oğul atasını güllələdi
- 21-11-2017, 11:59
- 1 495
Hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin səbəbləri araşdırılır.