Bakıda mənzildən 25 min manatlıq qızıl oğurlanıb
- 20-11-2017, 13:32
- 1 616
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyi üçün saxlanılan Vurğun Həsənovla bağlı Baş Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il sentyabrın 18-də rayon ərazisindəki evlərin birindən 1000 manat və 100 ABŞ dolları, habelə 25000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.