Bakıda daha bir kütləvi dava, daha bir bıçaqlanma

Hadisə

Bakıda kütləvi dava düşüb. Hadisə zamanı 32 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub.

Hadisə Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Hüseynov Cəlal İsmayıl oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Dava zamanı C.Hüseynova 4 bıçaq zərbəsi vurulub. Ağır xəsarət alan C.Hüseynov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.