Bakıda dəhşətli hadisə: bədəni parça-parça oldu
- 17-11-2017, 10:09
- 1 797
Hadisə Bakı-Qazax yolunun 13-cü km-də, paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, “Lifan” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürüb. Güclü zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb.
30-35 yaşlarında olan kişinin kimliyi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.