Bərdədə faciə: Avtomobil ər-arvadı öldürdü
- 16-11-2017, 15:48
- 1 727
Ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.
Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.