Bakıda itlər müstəntiqin ayağını parçaladı
- 13-11-2017, 15:42
- 56 004
Hadisə Səbail rayonu ərazisində baş verib. Ərazidə xidmət aparan müstəntiq küçə heyvanlarının hücumuna məruz qalıb.
İtlər Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayevin ayağının dizdən aşağı hissəsini parçalayıb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən müstəntiqə quduzluq əleyhinə vaksin vurulub və ayağına tikiş qoyulub.