Səkkizinci dəfə həbs olundu
- 13-11-2017, 15:32
- 55 487
DİN-ə istinadən xəbər veririk ki, Astara rayon sakini Rüfət Qurbanovun üzərinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.
O, narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri Astara rayonundan paytaxta gətirdiyini bildirib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.