ANS-in əməkdaşının üstünə qaynar su töküldü - AZAL-ın təyyarəsində -FOTO
- 13-11-2017, 10:29
- 38 471
Bu sözləri fəaliyyəti dayandırılmış ANS-in əməkdaşı Tünzalə Rafiqqızı sosial şəbəkədə yazıb.
Jurnalist bildirib ki, AZAL-ın təyyarəsi ilə İstanbula gedən zaman başına iş gəlib. Belə ki, stüardessanın əlindəki qaynar çaydan üstünə dağılıb:
“Qaynar su üstümə dağıldı. O boyda təyyarədə yarama vurmağa bir dərman tapılmadı. Axırda bir sərnişin oteldən götürdüyü balaca diş pastasını verdi, onu çəkdik. Bu da milyonluq təyyarəmizdə lüks xidmət”.