Bakıda “Range Rover” kişini vurub öldürdü

Hadisə

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Babək prospektində Bakı şəhər sakini Telman Əsgərov idarə etdiyi "Range Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nadir Sadıqovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.