Jurnalist Nicat Dağlar qəzaya düşdü - Ayaqlarından xəsarət alıb

Hadisə

Jurnalist Nicat Dağlar avtomobil qəzasına düşüb.

Jurnalist Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri Nicat Dağlar avtomobil qəzasına düşüb.
Bu barədə jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova məlumat verib:

“Nicat bu gecə yol maşını ilə təcili Gəncəyə çıxdı. Həmin maşın yolda qəzaya uğrayıb. Nicatın olduğu “Mersedes” markalı maşın kamazla toqquşub. Allaha çox şükür ki, Nicat sağ-salamatdır. Ayaqlarından xəsarət alıb”.