“Gənclik Mol”da kütləvi dava: - 6 bıçaq zərbəsi
- 10-02-2017, 16:14
- 2 195
"Gənclik Mol" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.