Ermənistanda həbsxanada qiyam
- 1-11-2017, 13:41
- 57 186
Ermənistan KİV-inə istinadən xəbər veririk ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub.
Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb. Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar.
Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb.