Qəbələdə ölümlə nəticələnən ağır qəza

Hadisə

Qəbələ-İsmayıllı yolunda iki avtomobil toqquşub.
Qəbələnin Vəndam qəsəbəsində “VAZ 21015” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Vəndam sakini, 1991-ci il təvəllüdlü Eynullazadə Pənah Habil oğlu dünyasını dəyişib.

Nohurqışlaq kənd sakini, 1977-ci il təvəllüdlü Əzimova Aygün Səfər qızı xəsarət alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.